Pərvin  Əhmədova

Əhmədova Pərvin Zahid qızı 1998-ci il, aprel ayının 3-də Bərdə rayonunda dünyaya gəlib. 2004-2015-ci illərdə Bərdə şəhərində yerləşən, şəhid Alı Mustafayev adına orta məktəbtə təhsil alıb. 2016-ci ildə Bərdə  Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. Hazırda həmin kollecin 3-cü kurs tələbəsidir. Pərvin Əhmədova 2016-2017-ci illərdə Azərbaycan Gənclərinə Dəstək Proqramının Bərdə Gənclərin və Yeniyetmələrin Məşvərət Şurasının üzvü olub.

2018-ci ildə Azərbaycan Gənclərinə Dəstək Proqramının Bərdə rayonu üzrə regional koordinatoru təyin olunub.