BMT-nin Uşaq Fondu (UNİCEF) və “Avropa İttifaqı”nın maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" (AGDP) çərçivəsində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon Bölməsi”nin birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclərinə Dəstək Proqramının Tərtər Rayon Məşvərət Şurası”nın üzvlərinə "İlk Tibbi Yardım” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə, AGDP Layihəsinin Koordinatoru Vəliyev Fariz, AGDP Tərtər rayon Koordinatoru Məmmədli Kamran, Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsinin könüllüləri Heydərli Yaqub, Əlizadə Nofəl, Nəcəfova Tünzalə, İbrahimov Nicat, Agani Mahir, Məmmədova Elnurə, Binnətzadə Rəqsanə və Məhərrəmova Fidan iştirak edib. Təlimdə Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsinin könüllüləri tərəfindən aşağıdakı mövzular üzrə “Məşvərət Şurası”nın üzvlərinə praktiki təlimlər keçirildi: Huşu özündə olan zərərçəkənə yardım; huşu özündə olmayan zərərçəkənə yardım; sınıqlar; yaralar və qanaxmalar.