“Gənclərin İnkişaf və Karyera Mərkəzi” (GİKM) “Avrasiya Təhsil Mərkəzi”ndə olublar

“BMT-nin Uşaq Fondu” (UNİCEF) və “Avropa İttifaqı”nın maliyyə dəstəyi ilə “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" çərçivəsində “Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə və Tərtər Nümayəndəliyi”nin üzvləri “Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə görüş keçirib. Görüşdə BAMF-ın ümumi fəaliyyəti, AGDP layihəsi çərçivəsində görülən işlər və əldə edilən uğurlarla bağlı geniş məlumat verilib və bu istiqamətdə birgə fəaliyyətlə bağlı görüləcək işlər müzakirə edilib. Eyni zaman da regiondakı gənc nəslin inkişafı üçün təkliflər irəli sürülmüş və yaxın gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb.

XƏBƏR LENTİ
11 Sentyabr
08:46