Layihə Haqqında

Azərbaycanda yeniyetmə və gənclərin əksəriyyəti öz həyatları üçün doğru qərarlar verməkdə çətinlik çəkirlər. Xüsusi şərtlər və marjinal qruplardan olan yeniyetmələr daha həssasdırlar. Məsələn, məcburi  köçkün şəhərciklərində yaşayanlar, ucqar rayonlarda, kəndlərdə yaşayan fiziki məhdudiyyəti olanlar. Gənclərin yeni bacarıqlarını inkişaf etdirmək, yaxşı təhsil əldə etmək, iş imkanlarını artırmaq, biliklərini genişləndirmək, yerli idarəetmə orqanları ilə münasibətləri təkmilləşdirmək.
Hazırki UNICEF Azərbaycan Ölkə Əməkdaşlıq Programı (2016-2020) yeniyetmə və gənclərin inkişafını prioritet hesab edir. Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi Azərbaycan 2020 Gələcəyə Baxış İnkişaf Konsepsiyası əsasında hazırlanan, regionlarda reallaşdırılan gənclər üçün xüsusi layihədir. Strategiyanı operativləşdirmək məqsədi ilə cənab Prezident 2017-ci ildə Yeni Azərbaycan Gəncliyi proqramını imzalamışdır.
Layihənin icraçı partnyoru Beynəlxalq Avrasiya Mətbuat Fondudur (BAMF). Layihə reallaşdırıldığı rayonların yerli bələdiyyə və icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq çərçəvəsində həyata keçiriləcək. Müxtəlif mövzularda gənclərə təlimlərin keçirilməsi üçün təşkilatdan kənar təlimçilərə və konsultasiyaların aparılması üçün konsultantlar  təyin olunacaq.
Son 3 il ərzində BAMF Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsində yerli icra hakimiyyəti orqanları ilə  3 cəbhəyanı regionda (Tərtər, Goranboy, Bərdə) yaşayan yeniyetmə və gənclərin ehtiyaclarının araşdırılması və qarşılanması istiqamətində birgə tədbirlər görülməsinə nail olmuşdur.
 

XƏBƏR LENTİ
11 Sentyabr
08:46