Tərtərdə “Kitab Gəzər” layihəsi çərçivəsində kampaniya həyata keçirildi

“KitabGəzər” layihəsi tərəfindən həyata keçirilən #100qəhrəman kampaniyası çərçivəsində layihə rəhbəri Fatma Qurbanova tərəfindən Tərtər rayonuna 100 kitab göndərilmişdir.

EDNews.net xəbər verir ki, göndərilən kitablar "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində Tərtər rayonunda fəaliyyət göstərən “Avrasiya Təhsil Mərkəzində” təhsil alan fiziki məhdudiyyətli şagirdlər və kənd sakinlərinə paylanılıb.

Kampaniyada Qızıl Aypara Cəmiyyətinin könüllüləri Yaqub Heydərli, Tünzalə Nəcəfova, Azərbaycan Gənclərinə Dəstək Proqramının layihə koordinatoru Fariz Vəliyev,  Tərtər rayon regional koordinatoru Kamran Məmmədli, Tərtər rayon Məşvərət Şurasının üzvləri Rövşən Məmmədli və Leyla Xuduzadə iştirak etmişdir.

XƏBƏR LENTİ