GUYS-ın Təşkilatçılığı ilə "Azərbaycan Müəllimlər Forumu" Keçiriləcək

10 Iyul 2020-ci il tarixində Brain Design Peşəkar İnkişaf Akademiyası olaraq GUYS təşkilatı və Azərbaycan Maarifçilik Assosiyasının əməkdaşlığı ilə sizə tam ödənişsiz və sertifikatlı "Azərbaycan Müəllimlər Forumu"nu təqdim edirik.

Dayanmadan inkişaf etmək, öz üzərinizdə işləmək, müəllimlik bacarıqlarınızı artırmaq hazırkı dövrün əsas tələblərindəndir. Müəllim həm idarəçi, həm motivator, həm də özünə məxsus metodlarla dərsi keçməyi bacarmalıdır. Uğurlu karyeranızı qurmaq üçün atacağınız addımlardan biri də "Azərbaycan Müəllimlər Forumu"na qoşulmaq olacaqdır.

Spikerlər:
Tofiq Sadıxov - Təhsildə idarəetmə və motivasiya;
Qoşqar Məhərrəmov - Virtual təhsilin idarə olunması;
Ofeliya Əliyeva - Stressin idarə olunması
Bəhman Qüdsi - Fərqli müəllim fərqli dərs;
Fərid Seyfullayev - Tələbələri uğurlu karyeraya aparan 6 addım.

XƏBƏR LENTİ