"İnformasiya Müharibəsi və Gənclərin İştirakı" mövzusunda video-konfrans keçirilib.

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində  "İnformasiya Müharibəsi və Gənclərin İştirakı" mövzusunda video-konfrans keçirilib.

AYAP Layihəsinin Fəal Üzvü  İsmayılova Gülnar xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin koordinatoru Vəliyev Fariz  qonaqları salamlayıb və layihə barəsində geniş məlumat verib. Daha sonra tədbirin moderatoru AYAP Layihəsinin Gənclərlə İş Üzrə Koordinatoru Xudaverdi QUliyevə sözü verib.

Xudaverdi QUliyev öz çıxışında layihə çərçivəsində görülən işlərlə bağlı geniş məlumat verib.İnformasiya müharibəsində gənclərin rolundan geniş söz açdı.O bildirdi ki,gənclərimizin böyük bir qismi informasiya müharibəsinə qatılıb.Cəbhəylə yanaşı sosial medyada da düşmənə layiqli cavablar verildi.Gənclərimiz ermənilərin apardığı təxribata qarşı çıxaraq onların yaydığı dezinformasiyalara qarşı çıxdı.Gənclərimiz aprel döyüşlərinə nəzərən Tovuz döyüşlərində daha aktivlik göstərib

Tədbirdə AYAP Layihəsinin Koordinatoru Vəliyev Fariz. Gənclərlə İş Üzrə Koordinato Quliyev Xudaverdi, Bərdə rayon Koordinatoru Əhmədova Pərvin, Məşvərət Şurasının Üzvləri , Premium Academy-nin rəhbəri və İdarə Heyəti Üzvləri, AYAP Layihəsinin Fəal Üzvü  İsmayılova Gülnar və könüllülər iştirak edib.

 

 

İsmayılova Gülnar

XƏBƏR LENTİ
11 Sentyabr
08:46