Goranboy rayon Məşvərət Şurasının Üzvləri Bir Araya Gəliblər

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində  Goranboy rayon məşvərət şurasının üzvləri ilə görüşkeçirilib.

AYAP Layihəsinin Fəal Üzvü  İsmayılova Gülnar xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin koordinatoru Vəliyev Fariz  qonaqları salamlayıb və layihə barəsində geniş məlumat verib. Daha sonra tədbirin moderatoru  "AKbarly Group" rəhbəri Fidan Qarayevaya sözü verib.

Fidan Qarayeva öz çıxışında "Akbarly Group"-un fəaliyyəti barədə geniş məlumat verib və bu istiqamətdə "Akbarly Group" ilə birgə görüləcək işlər müzakirə edilib.

Tədbirdə, "Akbarly Group"-un rəhbəri Qarayeva Fidan, "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin Koordinatoru, Goranboy rayon Regional Koordinatoru, AYAP Layihəsinin Fəal Üzvü İsmayılova Gülnar, Könüllülər  və Məşvərət Şurasının Üzvləri iştirak edib.

XƏBƏR LENTİ
11 Sentyabr
08:46