"Distant Təhsil və Keyfiyyət" video-konfrans keçirilib.- FOTOLAR

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində  "Distant Təhsil və Keyfiyyət" video-konfrans keçirilib.

AYAP Layihəsinin Fəal Üzvü  İsmayılova Gülnar xəbər verir ki,08 avqust 2020-ci il tarixində "Natiqlik" mövzusunda video-konfrans keçirilib.  Tədbiri giriş sözü ilə açan "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin koordinatoru Vəliyev Fariz  qonaqları salamlayıb və layihə barəsində geniş məlumat verib. Daha sonra tədbirin moderatoru AYAP Layihəsnin Gənclərlə İş Üzrə Koordinatoru Xudaverdi Quliyevə söz verib.

Xudaverdi Quliyev distant təhsil və onun keyfiyyətlərindən geniş söz açıb. O,bildirib ki,"Bizim bir çoxumuz distant təhsili yalnış anlayırlar. Əslində isə çox mürəkkəb bir prossesdir.Bunun üçün ayrıca bir mərkəz yaradılmalıdır və avadanlıqlardan istifadə edilməlidir. İndiyə qədər Azərbaycanda distant təhsil 0 idi.2015-ci ildə distant təhsilə keçilməyə qərar verilsə də hələ də keçid olmamışdı.Lakin 2020-ci ilin birinci rübündən pandemiyayla əlaqədar olaraq distant təhsilə keçirildi.Distant təhsilin yaxşı tərəfləri çeviklilik,modulluq və iqtisadi səmərəlilikdi.Bu təhsilin əsas avantajı vaxta qənaətdir.İqtisadi səmərəlliliyi isə bir tələbənin və ya şagirdin maddi xərclərini azaltmaqdır.
Lakin bunun pis tərəfləri keyfiyyətin zəif olmasıdır.Keyfiyyətin zəifliyi dedikdə isə internet problemlərinin yaranması,dərsin yarımçıq qalıb yenidən bərpa olunmasında çətinliyin olması nəzərdə tutulur və buna görə də diplomun tanınmasında problemlər yarana bilir" deyə qeyd edib.

Təbdirdə, "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin Koordinatoru Vəliyev Fariz, Bərdə rayon koordinatoru Mehdizadə Vüsal, Goranboy rayon koordinatoru Tağıyeva Vüsalə, AYAP Layihəsinin fəal gəncləri və Məşvərət Şurasının Üzvləri iştirak edib.

XƏBƏR LENTİ
11 Sentyabr
08:46