"Şüuraltına bir səyahət" mövzusunda təlim  keçirilib.

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində  "Şüuraltına bir səyahət" mövzusunda təlim  keçirilib.

AYAP Layihəsinin Fəal Üzvü  İsmayılova Gülnar xəbər verir ki, Tədbiri giriş sözü ilə açan "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin koordinatoru Vəliyev Fariz  qonaqları salamlayıb və layihə barəsində geniş məlumat verib. Daha sonra tədbirin moderatoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məzunu, Psixoloq Mədinə Quliyevaya sözü verib

 Mədinə Quliyeva öz çıxışında  "bəziləri psixoloqla,psixiatorları qarışdırırlar.Psixoloq insanın keçmişini dinləyib,anlamaq və gələcəyə güzgü deməkdir.Bizim şüur altımız müstbət və mənfilərlə yüklənib.Düşüncələrimizin bizim həyatımız da rolu böyükdür.Biz şüuraltımızı pozitivə kökləsək həyatımız da gözəl olar.Mənfilərlə yükləsək biz nə qədər istəsək müsbətə yönəlməyimiz çətin olacaq.Şüuraltımıza necə yön veririksə,həyatımız da o yol istiqamətində gedəcək.Çox az insan olur ki,özünə xoş sözlər deyir.İnsan özünə dəyər verməlidir.Sən nə qədər saf ruhunu əzəcəksən bu belə də davam edəcək.O həmçinin iştirakçılarla bir neçə terapiya növündən də istifadə etdi.Bu terapiyaların əsas məqsədi beynimiz də olan mənfiləri yandırıb və silməkdir" deyə qeyd edib.

Təbdirdə, "Azərbaycan Gənclərinə Dəstək Programı" Layihəsinin Koordinatoru Vəliyev Fariz, Bərdə rayon koordinatoru Mehdizadə Vüsal, Goranboy rayon koordinatoru Tağıyeva Vüsalə, AYAP Layihəsinin fəal gəncləri, Gəncə Dövlət Universitetin Tələbə Elmi Cəmiyyətinin Sədri Cabbarova Telli, və Məşvərət Şurasının Üzvləri iştirak edib

XƏBƏR LENTİ
11 Sentyabr
08:46