Layihə Koordinatoru

Fariz Faiq oğlu Vəliyev 1994-cü il 24 mart tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000-2011-ci illər arasında  Bakı şəhərində yerləşən 20 saylı tam  orta məktəbində alıb. 2011-2017-ci illərdə İstanbul Kültür Universiteti Beynəlxalq münasibətlər və siyasət fakültəsində təhsil alıb. Təhsil aldığı universitetdə azərbaycanlı tələbələrin koordinatoru olub və Əcnəbi Tələbələr Klubunun sədri vəzifəsin icra edib.

2013-2015-cı illərdə TÜYAP Sərgi Mərkəzində işləyib.

2014-cü ildə Türkiyənin İstanbul şəhərində, Avropa İttifaqı tərəfindən keçirilən  tədbirdə  könüllü kimi xidmət göstərib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları  Əməliyyat Komitəsində işləyib

2015-ci ildə İstanbul Kültür Universitetinin ən fəal tələbəsi adına layiq görülmüşdür.

2015-ci ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Gənclik Platformasın təsis etmişdir.

2016-cı ildə İstanbul Kültür Universiteti Rektoru Sıdıka Semahat Demir tərəfindən  ictimai fəaliyətinə görə diplomla təltif edilib. 

2016-cı ildə Türkiyədə keçirilən bir çox beynəlxalq tədbirlərin iştirakçısıdır.

2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Oyunlarında könüllü kimi xidmət göstərib.

2019-cu ilin oktyabr-dekabr aylarında  Beynəlxalq Avrasiya Mətbuat Fondunun və BMT-nin Uşaq Fondu (UNİCEF)  birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Programının (AYAP) ,Gənclərlə İş üzrə koordinatoru vəzifəsində işləyib 

2019-cu ilin dekabr  ayından etibarən  Beynəlxalq Avrasiya Mətbuat Fondunun və BMT-nin Uşaq Fondu (UNİCEF)  birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Programının (AYAP) ,Layihə koordinatoru vəzifəsində işləyir.

 

XƏBƏR LENTİ