Tərtər Rayonunda "Mina Təhlükəsizliyi" Üzrə Maarifləndirmə Tədbirləri Davam Etdirilir

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində " 19-20 noyabr tarixləri arasında ANAMA əməkdaşları və "Azərbaycan Gənclərinə Dəstək Proqramının əməkdaşları Vəliyev Fariz və Cabbarlı Firuzun iştirakı ilə Tərtər rayonun Şıxarx qəsəbəsi,Cəmilli və Seydimli kəndlərində “Mina Təhlükəsizliyi” ilə bağlı maarifləndirici tədbir çərçivəsində gənclərə, azyaşlı uşaqlara və digər yaş kateqoriyasından olan şəxslərə xüsusi bukletlər paylamışdır. Bu tədbir çərçivəsində vətəndaşlara mina ilə rastlaşacaqları halda hansı tədbirləri icra etməli olduqları haqqında ətraflı təlimat keçirilmişdir. Bir komanda olaraq əsas məqsədimiz azyaşlı uşaqların, gənclərin və digər yaş kateqoriyalı vətəndaşların bu sahədə maariflənməsinə nail olmaqdır.