BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində Tərtərin Əskipara kəndi və Şıxarx qəsəbəsində gənclərlə və yeniyetmələrlə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər aparılıb. Tədbirin əsas məqsədi gənclərə, azyaşlı uşaqlara və digər yaş kateqoriyasından olan şəxslərə hər hansısa təhlükəli cisim və ya sürsatlar gördükdə əl vurmamalı və dərhal 102 və ya 112 qaynar zəng vurmalı olduqlarının izah edilməsi olub. Tədbirdə Azərbaycan Gənclərinə Dəstək Proqramının koordinatoru Fariz Vəliyev, layihə heyətinin üzvü Firuz Cabbarlı, ANAMA-nın əməkdaşı Vasif Əliyevin iştirak edib.
Qeyd edək ki, Şıxarx qəsəbəsi və Əskipara kəndi Tərtərin erməni silahlı birləşmələri tərəfindən ən çox hücuma məruz qalan yaşayış məntəqələridir.