BAMF Tərtər rayonunda mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirib

26-27 noyabr tarixində BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu(BAMF) tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Tərtər rayonunda mina təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər aparılıb.

Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsiin fəal üzvü Gülnar İsmayıl xəbər verir ki, tədbirin əsas icraçıları kimi ANAMA-nın əməkdaşı Vasif, Əliyev "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin Koordinatoru Fariz Vəliyev, layihə heyətinin üzvü Firuz Cabbarlı, gənclərlə iş üzrə koordinator Xudaverdi Quliyev iştirak edib.

Tərtər rayonunun Həsənqaya, Əskipara, Səhləbad, Cəmilli, kəndləri, Şıxarx qəsəbəsi, rayon mərkəzinin sakinləri bu tədbirlərdən yararlanıblar. Belə ki, 1500-dən artıq insan mina təhlükəsizliyi ilə lazımı məlumatlar ötürülüb.