Yeniyetmə və Gənclərlə Məsləhətləşmələrin Aparılması Təlimi

BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyi Avropa İttifaqının maliyyə dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)  təşəbbüsü ilə 2019-cu ilin 11-12-14 oktyabr tarixlərində AYAP-Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarında gənclər arasında sorğu keçirilib. Sorğunun məqsədi gənclərin öz həyatları ilə bağlı olan fikirlərini və ideyalarını öyrənməkdən ibarət olub. Sorğu 14-29 yaş aralığında olan yeniyetmə və gənclər arasında keçirilib.

Sorğuda ümumilikdə 1200 nəfər iştirak edib. Sorğuda gənclərdən yerli icra orqanlarının onlar üçün yaratdığı imkanlar, şərait, gənclərin həll edilməsini arzuladıqları problemlər, onların asudə vaxtlarını necə keçirdikləri, gənclərin yerli icra oranlarına hansı təkliflərinin olduğu və sözügedən layihəyə necə dəstək ola biləcəkləri soruşulub.

 Yeniyetmələr cavablandırdığı sorğunun nəticələri araşdırıldıqdan sonra arzu olunan istiqamətlərdə layihələrin həyata keçirilməsi qərara alınıb.

 

 

 

XƏBƏR LENTİ