Gənclərlə İş Üzrə Koordinator

Xudaverdi Rasim oğlu Quliyev 2001-ci il 4 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 2007-2018-ci illər arasında Bakı şəhərində yerləşən Heydər Əliyev adına liseydə alıb. 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alır.

2016-cı ildə eTwinning layihəsinin iştirakçısı olmuşdur.
2017-ci ildə Gəncə şəhərində keçirilən  “Nə? Harada? Nə zaman?” intellektual çempionatında bürünc medal qazanmışdır.
2018-ci ildə Respublika Fənn Olimpiadalarında Coğrafiya fənni üzrə 3-cü yerə layiq görülərək bürünc medal qazanmışdır.
2018-ci ildə Heydər Əliyev adına liseyi gümüş medalla bitirmişdir.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyəti Layihələr departamentinin direktoru vəzifəsində çalışır.
2020-ci ilin fevral ayından etibarən Beynəlxalq Avrasiya Mətbuat Fondunun və BMT-in Uşaq Fondu(UNİCEF) birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Proqramının(AYAP) gənclərlə iş üzrə koordinatorudur

XƏBƏR LENTİ