Tələbələr BAMF-da Bir Araya Gəliblər - FOTOLAR

BMT-nin Uşaq Fondu (UNİCEF) və “Avropa İttifaqı”nın maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı" (AGDP) Layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunda tələbələrlə görüş keçirilib. Görüşdə AGDP layihəsi çərçivəsində görülən işlər və əldə edilən uğurlarla bağlı geniş məlumat verilib və bu istiqamətdə birgə fəaliyyətlə bağlı görüləcək işlər müzakirə edilib. Tədbirdə iştirak ediblər: Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri, AGDP Layihəsinin Koordinatoru Vəliyev Fariz, AGDP Layihəsinin fəal könüllüsü Vəliyeva Səfiyyə və Xəlilli Mehriban .

XƏBƏR LENTİ