Book-Kafedə Fokus Qrup Müzakirə Keçirilib- FOTOLAR

BMT-nin Uşaq Fondu (UNİCEF) və “Avropa İttifaqı”nın maliyyə dəstəyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" çərçivəsində Bərdə rayon Məşvərət Şurasının üzvləri ilə fokus qrup müzakirələr aparılıb. Müzakirədə AGDP Layihəsinin Koordinatoru Fariz Vəliyev , AGDP Layihəsinin Gənclərlə İş Üzrə Koordinatoru Xudaverdi Quliyev iştirak edib. Görüşdə gənclərlə aşağıdakı məsələlər müzakirə edilib: Yerli icra orqanlarının onlar üçün yaratdığı imkanlar, şərait; Gənclərin həll edilməsini arzuladıqları məsələlər; Onların asudə vaxtlarını necə keçirdikləri; Gənclərin yerli icra orqanlarına hansı təkliflərinin olduğu və “Azərbaycan Gənclərinə Dəstək Programı” çərçivəsində yeni layihələr.

XƏBƏR LENTİ