Vüsalə Tağıyeva

Tağıyeva Vüsalə Bayram qızı 1980-ci il, 10 iyul tarixində Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1997-1986-cı illərdə Xanqərvənd kənd orta məktəbində təhsil alıb. 1997-2001-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Metodika fakültəsində bakalavr təhsilinə yiyələnib. 2004-2007-ci illərdə Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluğu və Bələdiyyələrlə İş fakültəsində təhsilini uğurla başa vurub. Goranboy rayonunda müxtəlif sosial-ictimai vəzifələrdə fəaliyyət göstərən Vüsalə Tağıyeva Azərbaycan Gənclərinə Dəstək Proqramının Goranboy Gənc və Yeniyetmələrin Məşvərət Şurasına əvvəlki illərdə könüllü olaraq yaxından dəstək göstərib.

2018-ci ildə Azərbaycan Gənclərinə Dəstək Proqramının Goranboy rayonu üzrə regional koordinatoru təyin olunub.