Yeniyetmə və gənclərlə məsləhətləşmələrin aparılması təlimi


Layihə çərçivəsində  fəaliyyət planına əsasən Tərtər, Bərdə və Goranboy Yeniyetmə və Gənclərinin Məşvərət Şurası üzvlərinə keçirilən son təlim 26-28 iyun tarixlərində keçirilən “Yeniyetmə və gənclərlə məsləhətləşmələrin aparılması” təlimi idi. Məqsəd cəbhə xəttinə yaxın yerləşən 12-19 yaş arası yeniyetmə və gənclərin qərarların qəbul olunması prosesində iştirakını artırmaq, onları maraqlandıran mövzuların aydınlaşdırılması, gənclərin yaşadıqları rayonların icra hakimiyyətlərinə təkliflərin hazırlanması və bu təkliflərin hazırlanmasında gənclərin rolunu artırmaq idi. Təlim “Youth Peer Education Network” Azərbaycanın milli koordinatoru Sevinc Babazadə və Bəxtiyar Aslanov tərəfindən keçirilmişdir. Təlim zamanı Məşvərət Şurası üzvlərinə Sosial Sorğunu necə aparmalı, sosial sorğunun etik prinsipləri, sorğu haqqında məlumat vermək, respondentə rahat olan məkanda sorğunun aparılmasının təmin olunması, sorğuya müdaxilə etmədən və məxfiliyi qoruyaraq sorğunu keçirməyin yolları izah olundu.