Çingiz Rahmanov

Çingiz Eldar oğlu Rahmanov 1990-cı il 28 May tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 1995-2006-cı illərdə orta təhsilini Bakı şəhəri Nəsimi rayonunda yerləşən Abdulla Şaiq Adına 54 saylı orta məktəbində alıb. 2010-2011-ci illərdə, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosunun həyata keçirdiyi, Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən reallaşdırılan Global UGRAD proqramı üzrə ABŞ-ın Cənubi Dakota Ştatında yerləşən Augustana universitetində Media və Kütləvi Kommunikasiya ixtisası üzrə təhsil alıb. Sözügedən akademik il ərzində O, paralel olaraq NBC televiziyasının nəzdində olan KDLT televiziya stansiyasında təcrübə proqramı keçib. Global UGRAD proqramının tərkib hissəsi kimi, həmin dövr ərzində Çingiz Rahmanov Presbyterian kilsəsində uşaqların məktəbdən sonrakı inkişafı üçün yaradılan proqramda könüllü xidmət göstərib. 2012-2014-cü illərdə Həqiqi Hərbi Xidmətdə olub. 2014-2015-ci illərdə ARB Televiziyalar Qrupunun Cənub Regional Televiziyasında Direktor köməkçisi vəzifəsində çalışıb.  Sözügedən televiziyada Çingiz Rahmanov 2009-cu ildən başlayaraq müxtəlif vəzifələrdə çalışmışdır.

2105-ci ildə Yunanıstanın Selanik şəhərində keçirilən fiziki məhdudiyyətli uşaqların yay düşərgəsində könüllü təlimatçı, 2015-ci ilin ikinci yarımilliyində isə Bakı Amerika Mərkəzində şagirdlər üçün könüllü ingilis dili müəllimi kimi xidmət göstərib. Bundan əlavə, Çingiz Rahmanov Türkiyə, Gürcüstan, Almaniya kimi ölkələrdə ERASMUS, GIZ və digər beynəlxalq təşkilatlar tərəfindən reallaşdırılan seminarların iştirakçısıdır. 2015-2017-ci illərdə IDEA LLC-də direktor müavini vəzifəsində işləyib.

2018-ci ilin may ayından etibarən BMT Uşaq Fondunun (UNICEF) və Beynəxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə layihəsi olan Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) koordinatorudur.