Umud Mirzəyev

Umud Mirzəyev

Layİhə Rəhbərİ

Umud Mirzəyev 1961-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda anadan olub. 1982-1987-ci  illərdə Moskva şəhərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1988-ci ildə Azərbaycanın məşhur Ədəbiyyat və İncəsənət qəzetində müxbir vəzifəsində çalışıb. 1989-1993-cü illərdə o qəzetin Elm, ictimaiyyət və məktublar departamentinin rəhbəri olub.

Umud Mirzəyev 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu təsis edib. Beynəlxalq Avrasiya Mətbuat Fondu media və söz azadlığı, sülh quruculuğu sahəsində fəaliyyət göstərən fəal vətəndaş cəmiyyəti təşkilatlarındandır. 2014-cü ildən Birləşmiş Millətlər Təşkilatının İqtisadi Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF, Beynəlxalq Sülh Bürosunun, Məcburi köçkün və itkin düşmüşlər üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun, ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvüdür.

Umud Mirzəyev bundan başqa 2004-cü ildən Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəridir və 2012-2016-cı illərdə BMİ-nun İdarə heyətinin üzvü olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti olan Umud Mirzəyev 2001-ci ildən Beynəlxalq Sülh Bürosunun üzvüdür və hal-hazırda 18 Qərbi Asiya ölkəsinin təmsilçisidir. Umud Mirzəyev Azərbaycan Mətbuat Şurasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Milli QHT Forumunun idarə heyətinin üzvüdür.