Liderlik Təlimi


Azərbaycan Gənclərinə  Dəstək Proqramı çərçivəsində Tərtər, Bərdə, Goranboy rayon Yeniyetmə və Gənclərinin Məşvərət Şurası üzvləri üçün keçirilən ilk təlim “Liderlik” mövzusunda olub. Təlim 19-21 yanvar 2017-ci il tarixində Tərtər, Bərdə və Goranboy rayonlarında baş tutub. Təlimin əsas məqsədi yeniyetmə və gənclər arasında özünə inam formalaşdırmaq, auditoriya qarşısında çıxış etmək bacarığını artırmaq idi. Təlimdə iştirakçılara liderlik keyfiyyətləri, liderə xas olan xarakretik keyfiyyətlər, menecer və lider arasındakı fərq haqda məlumat verildi. Bundan başqa təlim iştirakçıları bədən dilindən effektli istifadə, yaddaş gücləndirmənin yolları kimi məsələlər də izah olundu.