Rəqəmsal Media Təlimi


Layihə çərçivəsində keçirilən növbəti təlim Rəqəmsal Media təlim idi. 25-26 may tarixlərində keçirilən təlim Bərdə, Tərtər və Goranboy rayonlarında Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etdiyi Avrasiya Gündəliyi Analitik İnformasiya portalının baş redaktoru Ayaz Mirzəyev tərəfindən aparıldı. Təlimin məqsədi cəbhə xəttinə yaxın yerləşən yeniyetmə və gənclər arasında müəllif hüququ, plagiarizm, təhrifetmə və emosional manipulasiya, konfliktə və digər toqquşmalara səbəb olan yaradıcılıq, dini, irqi, milli, cinsi ayrıseçkiliyə aparan yaradıcılıq, media və hərbi sirr, foto və video kamera ilə işləmək bacarığı kimi məsələlərlə bağlı bilik və bacarıqları artırmaq idi. Bundan başqa təlimdə iştirakçılara foto və video kamera ilə düzgün işləmək bacarığı, sosial medianın imkanları, məlumatların sosial şəbəkədə daha çox izləyiciyə çatdırılması kimi məsələlərlə bağlı təlim iştirakçılarına məlumatlar verdilər.