Fəlakət Risklərinin azaldılmasına dair SENDAİ çərçivə proqramı mövzusunda təlim


Layihə çərçivəsində keçirilən növbəti təlim 6-7 İyun 2017-ci il tarixində Tərtər, Bərdə və Goranboy rayonlarında keçirildi. Fəlakət Risklərinin azaldılmasına dair SENDAI çərçivə proqramı mövzusunda təlim UNICEF-in Azərbaycan nümayədəliyinin Uşaq və Yeniyetmələrlə iş üzrə mütəxəssisi Natiq Umarov tərəfindən keçirildi. Təlimdə Şura üzvlərinə Fəlakət Risklərinin Azaldılmasına dair SENDAY çərçivə proqramı haqqında, bu proqramın məqsədi və s. haqqında məlumat verildi. Bundan başqa Şura üzvlərinə fəlakət riski və təhlükələri, fəlakətlərin növləri, təbii və antropogen hadisələr və s. haqqında məlumat verildi.