Musa Cəlalov

Musa Cəlalov

Mina Təhlükəsizliyi

Musa Cəlalov 1955-ci il 26 may tarixində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1982-ci ildən iş fəaliyətinə başlayan Musa Cəlalov 1996-cı ildə Beynəlxalq Qızıl Xaç Komitəsində mina maarifləndirilməsi üzrə mütəxəssis, 2000- 2008-ci illərdə BMT Uşaq Fondunun Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə Proqramının koordinatoru və məsləhətçisi vəzifəsində çalışıb. 2000-ci ildən etibarən Musa Cəlalov Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə Departamentinin meneceri vəzifəsində çalışır.

Ayaz Mirzəyev

Ayaz Mirzəyev

Multimedia

Ayaz Nizami oğlu Mirzəyev 1983-cü ildə Bakə şəhərində anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə mütəxəssisi və idarə etmə ixtisası üzrə bakalavr təhsili, 2003-2005-ci illərdə isə magistr təhsili alıb. 2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İqtisa İslahatlar Elmi – Tədqiqat İnstitutunda dissertasiya müdafiə edib. 2003-2012-ci illərdə ANS şirkətlər qrupunun ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2013 – 2016-cı illərdə Space televiziyasında analitik şöbənin müdiri olub. 2016-cı ildən etibarən isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsisçisi olduğu “Eurasia Diary” analitik informasiya portalının baş redaktoru olaraq fəaliyyət göstərir. Bundan başqa 2012-ci ildən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədridir.

Sevinc Səmədzadə

Sevinc Səmədzadə

Yenİyetmə və gənclərlə məsləhətləşmələr üzrə

1994-cü ilin 26 sentyabrında anadan olub. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili almışdır. 2014-2015-ci illərdə International Yuth Peer Education Network (Y-PEER), 2015-ci ilin iyul-avqust aylarında Philipps University Marburg, 2013-2016-cı illərdə United Nations Association of Georgia təşkilatlarında, 2016-cı il oktyabr 2017-ci il yanvar aylarında CASCADE layihəsində, 2017-ci ilin iyun-avqust aylarında İnternational Alert təşkilatında, iyul-avqust aylarında İmagine Center for Conflict Transformation təşkilatında çalışıb. 2017-ci ilin iyul avqust aylarında UNICEF və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə həyata keçirdiyi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsində Yeniyetmə və Gənclərlə məsləhətləşmələrin aparılması mövzusunda təlim keçmişdir.

Bəxtiyar Aslanov

Bəxtiyar Aslanov

Yenİyetmə və gənclərlə məsləhətləşmələr üzrə

1987-ci il 2 yanvar tarixində Füzuli rayonunda anadan olub. 2005-2009-cu illərdə Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2014-cü illərdə İsveçin Uppsala Universitetində Sosial Elmlər üzə Magistr təhsili alıb. 2014-2017-ci illərdə isə Xəzər Universitetində Siyasi elmlər üzrə  fəlsəfə elmləri doktoru dərəcəsini alıb. 2012-ci ildən Humanitar Araşdırmalar İctimai Birliyində çalışır. 2017-ci ilin iyul-avqust aylarında UNICEF və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə həyata keçirdiyi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsində Yeniyetmə və Gənclərlə məsləhətləşmələrin aparılması mövzusunda təlim keçmişdir.

Ramil İskəndərli

Ramil İskəndərli

Uşaq Hüquqları Konvensİyası üzrə

1977-ci ilin oktyabrın ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1984-1994 –cü illərdə Bakı şəhəri, Xətai rayonu 116 saylı orta məktəbdə təhsil almışdır.

1994-1998-ci illərdə Azərbaycan Universitetində beynəlxalq hüquq ixtasi üzrə bakalavr dərəcəsi almışdır. 2010-cu ilin sentyabr ayından 2012-ci ilin mart ayınadək Almaniyanın Frankfurt Oder şəhərində yerləşən Viadrina Avropa Universitetinin hüquq fakultəsində Beynəlxalq insan hüquqları və humanitar hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir.

1999-cu ildən 2006-cı ilin fevral ayınadək Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədr müavini, 2006-cı ilin fevral ayından 2008-cı ilin oktyabr ayındək həmin təşkilatın sədri vəzifəsində çalışmışdır. Hal-hazırda isə İdarə Heyətinin üzvüdür.

2001-2003-ci illərdə Danimarka Qaçqınlar Şurasında ölkə üzrə milli koordinator vəzifəsində işləyib. 2004-cü ildə Avropa Şurasının Bakı ofisinin hüquq məsləhətçisi kimi 6 ay müddətinə xidmət göstərmişdir.  2006-cı ildə Dünya Bankının gender bərabərliyi üzrə keçirdiyi tədqiqatda hüquq məsləhətçisi qismində xidmət göstərmişdir.

2008-ci ildə İngiltərənin Nottingem Universitinin hüquq fakültəsində İnsan hüquqları üzrə 3 aylıq təqaüd programı üzrə ixtisasartırma kursunda iştirak etmişdir.

2012-ci ilin avqustunda Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyini təsis etmiş və İdarə Heyətinin sədri vəzifəsində çalışmaqdadır.

2014-cü ilin dekabr ayından BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyində Uşaq ədliyyəsi məsələləri üzrə Milli Konsultant olaraq cəlb edilmişdir.