Məmmədzadə Tunarə

Məmmədzadə Tunarə

Tərtər rayonu üzər Regional Koordİnator

Məmmədzadə Tunarə Azər qızı 23 mart 1994-cü ildə Tərtər rayonunda anadan olub. 2000-ci ildə Tərtər rayon 5 saylı orta məktbədə təhsil almağa başlayıb. 2011-ci ildə orta təhsili başa vuraraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakultəsinə daxil olub. 2015-ci ildə ali təhsili başa vuraraq Tərtər rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, 2016-cı ilin avqust ayından etibarən isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 2016-cı ilin noyabr ayından Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin Tərtər rayonu üzrə dayaq nöqtəsidir.