Layihə çərçivəsində keçirilən növbəti təlim Uşaq Hüquqları Konvensiyası mövzusunda idi. Təlim 29-30 iyun tarixlərində Tərtər, Bərdə və Goranboy rayonlarında keçirildi. Təlim UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq Ədliyyəsi üzə mütəxəssisi Ramil İskəndərli tərəfindən keçirildi. Təlimdə Şura üzvlərinə cinayət törətmiş uşaqların reabilitasiyası sahəsində görülən işlərlə bağlı video çarx təqdim olundu. Daha sonra isə Uşaq Hüquqları Konvensiyasının maddələri, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi, uşaq əməyinin istismarı sahəsində görülən işlər, uşaqların hüquq və azadlıqları, vəzifələri haqqında şura üzvlərinə geniş məlumat verildi.