Hazırki dövrdə “UNICEF Azərbaycan Ölkə Əməkdaşlıq Programı (2016-2020) yeniyetmə və gənclərin inkişafını əsas prioritet hesab edir. Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi Azərbaycan 2020 Gələcəyə Baxış İnkişaf Konsepsiyası əsasında hazırlanmışdır. Bu dəstək proqramı ölkənin regionlarında bir layihə olaraq xüsusən gənclər üçün nəzərdə tutulub.

Qedy edək ki, gənclərlə iş üzrə strategiyanı operativləşdirmək məqsədi ilə cənab Prezident 2017-ci ildə “Yeni Azərbaycan Gəncliyi Proqramı”nı imzalamışdır.

Layihənin icraçı partnyoru “Beynəlxalq Avrasiya Mətbuat Fondudur” (BAMF). Layihənin reallaşdırılması nəzərdə tutulan rayonlarda yerli bələdiyyə və icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığın qurulması nəzərdə tutulur. Müxtəlif mövzularda gənclərə təlimlərin keçirilməsi üçün təşkilatın fəaliyyətinə kənardan təlimçilərin və konsultantların cəlb olunması planlanmışdır.

Uğurlu fəaliyyətimizin son 3 illi ərzində BAMF “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində yerli icra hakimiyyəti orqanları ilə  3 cəbhəyanı regionda (Tərtər, Goranboy, Bərdə) yaşayan yeniyetmə və gənclərin ehtiyaclarının araşdırılması və qarşılanması istiqamətində birgə tədbirlər görülməsinə nail olmuşdur.