“Ermənilər rusların əbədi sədaqətli dostlarıdır”

Rusları həmişə özlərinin "böyük qardaşı" kimi təqdim edən, dəfələrlə onlara sədaqət andı içən və son 200 il ərzində Rusiyanın himayəsinə sığınan ermənilər, öz çirkin niyyətlərinə çatmaq üçün zaman-zaman ruslara da arxadan zərbə vurmuşlar. Bu yazıda ermənilərin İran və Türkiyə ərazilərindən köçürülüb gətirilərək Cənubi Qafqazda məskunlaşmalarını təmid edən, onların tarixdə ilk müstəqil dövlət yaratmalarına  səbəb olan ruslara qarşı törətdikləri terror aktlarından və qırğınlarından bəhs edilir. 
    Bu gün özlərini dünyaya "məzlum millət", "soyrıqımına məruz qoyulan xalq" kimi təqdim etməyə çalışan ermənilər XIX-XX əsrlərdə təkcə türk-müsəlman əhaliyə qarşı deyil, eləcə də kürdlərə, yahudilərə, habelə himayəsinə sığındıqları ruslara qarşı da terror və qırğınlar törətmişlər. XVIII əsrin əvvələrindən etibarən Çar Rusiyası  Cənubi Qafqazda müstəmləkəçilik planları həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə etmişdi. Rusiyanın hakim dairələri ermənilərdən daim bir alət kimi faydalanmış, eyni zamanda, "velikorus" mənafeyini ermənilərin "Böyük Ermənistan" iddialarından həmişə üstün tutmuşdular. 
    Müəyyən mərhələrlə İran və Türkiyədən Cənubi Qafqaza köçürülüb gətirilən ermənilərin özləri bu regiona gəlmə olduqları halda, Rusiya hökümətinin Qafqazda və Qars vilayətində ruslaşdırma siyasətinə qarşı çıxdılar. Rusiya XIX əsrin 70-ci illərindən etibarən Cənubi Qafqazda və Qars vilayətində kütləvi surətdə rus sektalarını məskunlaşdırmağa başlamışdı. Ermənilər rusların kütləvi surətdə məskunlaşdırmasından ciddi narahat olur, hər vasitə ilə bu işə maneçilik törədirdilər.  Xarici dövlətlərin, xüsusən də İngiltərə və Fransanın Qafqazda müstəqil dövlət qurmaq işində onlara yardım edəcklərinə inan ermənilər daha çox ərazilərə sahib olmaq üçün "Rusların Qafqazda məskunlaşdırılması üçün boş torpaqlar yoxdur!" şüarını irəli sürmüşdülər. 
    1905-ci ilin əvvələrində Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı bürüyən qırğınlar hakim dairələrin göz yumması üçün əvvəlcə onları qorxutmaq, başqa sözlə, sui-qəsdlər təşkil etmək, terror aksiyalarına başlamaq lazım gəlirdi. Qafqaz Canişliyinin sənədlərində göstərilir ki, erməni təşkilatları 1905-1906-cı illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün Canişinlikdə və  onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusdilli məmurlara qarşı çoxsaylı terror aktları həyata keçirmişlər. 
    Erməni terrorçuları törətdikləri təxribatın qarşısını almağa cəhd göstərdiyinə görə 11 sentyabr 1904-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Ander Andreyevi qətlə yetirmişdilər. "Daşnaksutyun" Partiyasının terrorçu dəstəsinin üzvləri 1905-ci il mayın 11-də Bakının gürcü əsilli, ruslaşmış general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna bomba ataraq onun ölümünə səbəb olmuşdular. Hərbi məhkəmənin qərarı ilə M. Nakaşidzeyə sui-qəsd edən terrorçulara edam hökmü çıxarılmışdı. 
    Ermənilər 1905-ci ildə Sürməli qəzasında kütltəvi qırğınlara başlamazdan əvvəl qəzada erməni terroruna qarşı mübarizə aparan administrasiya nümayəndələrini hədəfə götürmüşdülər. "Daşnaksutyun" Partiyasının "qara siyahi"sına düşənlərdən biri Sürməli qəzasının rəisi podpolkovnik Boquslavski idi. Uzun müddət təqib etdikdən sonra erməni terrorçuları Boquslavskini 11 iyul 1904-cü ldə gecə saat 2-də İqdır bazarında odlu silhala qətlə yetirmişdilər. 
    Bundan bir müddət sonra erməni terrorçları Sürməli qəzasının yeni təyin edilən rəisinə qarşı da terror aktı həyata keçirmişdilər. Belə ki, qəza rəisi kapitan Dudnikov İrəvanda olarkən ermənilər onu qətlə yetirmək üçün  iki dəfə atəş açsalar da, güllələr xoşbəxtlikdən hədəfə dəyməmişdi. 
    1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdilər ki, ermənilər Blaqodarno kəndində  bir neə nəfəri öldürmüş, sağ qalanlar kənddən qaçmışdılar.Novo-Selim kəndində ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmüşdülər. Novo-Petrovka kəndindən 4 nəfəri öldürmüş, Vladikars kəndinin bütün əmlakını talan etmişdilər. 
    8 yanvar 1977-ci ildə Moskva şəhərində erməni terorçuları tərəfindən bir-birinin ardınca üç terror aktı həyata keçirilmişdi. Əvvəlcə metronun "İzmayılovsk" və "Pervomaysk" stansiyaları arasında  hərəkət edən vaqona qoyula bomba partladılmış, sonra "Lubyanka" küçəsindəki ərzaq mağazasına, bir qədər sonra isə "Nikolskaya" küçəsinin yaxınlığındakı zibil qutusuna qoyulmuş bomba partladılmışdı. Partlayışılar zamanı 7 nəfər ölmüş, 35 nəfər yaralanmışdı. Həmin terorçu qrupun istintaq zamanı müəyyən edilmişdi ki, qrup üzvləri oktyabr 7-də Moskvanın Kursk vağzalında da silsilə terror aktları törətməyi planlaşdırırmışlar. Terror aktını İrəvan şəhərinin sakinləri Stepan Zatikyan, Hakop Stepanyan və Zaven Bağdasaryan törətmişdilər.  Ermənistanın o  zamankı rəhbəri Karen Dəmirçyan istintaq prosesinə mane olmaq istəsə də,  onları xilas edə bilməmişdi.
    8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdu. Ermənilər 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş general  Vladislav Safonovun maşını ilə Blaxotinin maşının nömrəsini dəyişik salmış, podpolkovnikin maşınını partladaraq onu qətlə yetirmişdilər.
    1992-ci il iyun ayının 10-da Gümrü çəhərinin mərkəzində, günün günorta çağında, sakinlərin gözləri önündə Rusiyanın Zaqafqaziya Hərbi Dairəsinin qərargahında qulluq edən 5 rus hərbçisi - 1 zabit, bir çavuş və üç sıravi odlu silahla qətlə yetirilmişdi.  Rus hərbçiləri Rusiyanın Gümrüdəki hərbi bazasından kosmik rabitə qurğularını  daşımaq əmrini yerinə yetirirdilər. Lakin "erməni boyevikləri" həmin qurğuların daşınmasına maneçilik törətmiş və rus hərbçilərini qətlə yetirmişdilər. Bununla bağlı cinayət işi açılmış, lakin bir müddət sonra "erməni boyeviklər"in hamısının Qarabağda ölməsi səbəbindən cinayət işinə xitam verilmişdi.  Beləliklə, ruslara qarşı törədilən bu cinayət də "müttəfiq Ermənistan"da ört-basdır edilmişdi. 
    Faktlar gösətrir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini qazanmaq üçün özlərini rusların sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən isə fürsət düşən kimi ruslara qarşı quldurluq, terror və qırğınlar törətmişdilər. 

 

     

 Moskva metrosunda terror aktının nəticələri

 

             Erməni terrorçusu S.Zatikyan

 

                   General V.Safonov

 

Fariz Vəliyev 

Politoloq

XƏBƏR LENTİ