İkinci dünya müharibəsi illərində “erməni məsələsi”

            Orta əsrlərdən etibarən “Böyük Ermənistan” dövləti yaratmaq sindromuna tutulan erməni millətçiləri XX əsrlərin əvvələrindən etibarən Azərbaycana qarşı əsassız iddialarla çıxış etmiş,  1905-1906 1918-1920 illərdə ölkədə törətdikləri qırğınlar Azərbaycan türklərinə qarşı apardıqları etnik təmizləmə siyasətinin ilkin mərhələsi olmuşdu. 1918-ci ilin may ayında tarixi Azərbaycan torpaqlarında özlərinin dövlətini quran erməni millətçiləri Azərbaycan ərazi bütövlüyünə qarşı apardıqları məqsədyönlü siyasətini dayandırmamış, erməni seperatçıları bolşeviklərin dəstəyinə arxalanaraq 1920-ci il dekabrın 1-də Zəngəzuru ələ keçirmiş və bununlada Naxçıvanla quru yol əlaqələri Azərbaycanın qalan ərazisi ilə kəsilmişdi. Tarixən ermənilərə aid olmayan Azərbaycan torpaqlarını bolşeviklərin köməyi ilə ələ keçirən, İrəvan məkanında  dövlət quran erməni millətçiləri “erməni məsələsi”nin ana xəttindən imtina etməmiş, Şərqi Anadoluya olan məkrli siyasətlərində saxlamış və cinayətkar məqsədlərini həyata keçirmək üçün İkinci dünya müharibəsi illərində aktiv fəaliyyətə keçirmişdilər. Zaman-zaman  dünyanın demək olar ki , bütün qitələrində və dövlətlərində özünün diasporunu yaradan  ermənilik İkinci dünya müharibəsində xeyli fəallaşmış, ABŞ-ın erməni diasporu  da bu sırada durmuşdu.

            Eyni zamanda erməni bolşevik liderləri erməniliyin əfsanəvi arzularını reallaşdırmaq məqsədilə İkinci dünya müharibəsi illərində mxitarçı  ənənələri davam etdirərək, “Böyük Ermənistan” xülyasının davamlı olaraq təbliğini aparmış, erməni-qriqorian kilsəsinin nüfuzunu SSRİ rəhbərliyi qarşısında qaldırmağa çalışmışdılar. Bu istiqamətdə Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov xüsusi fəallığı ilə seçilmiş , SSRİ-nin siyasi dairələrində ictimai rəy yaratmağa çalışmışdı. 1943-cü ilin oktyabırında  İ. Stalinlə görüşündə Q. Artyunov erməni-qriqorian kilsəsinin faşizmə qarşı apardığı  mübarizədən və Ermənistan  SSR-ə etdiyi yardım haqqında məlumat vermiş və Stalindən erməni-qriqorian kilsəsinin İşləri üzrə Şuranın yaradılmasını xahiş etmişdi. 1943-cü ilin noyabrında  Şura işə başlamış, arxiyepiskop  Vicar Gevorg Çorekçyanın arzusu ilə Şuraya dilçi Rachiy Açaryan və memar Karo Kafadayan da daxil edilmişdi. Tarixin taleyüklü dönəmlərini öz əfsanəvi arzuları üçün istifadə etməyi bacaran ermənilik sovet ordusunun Hitler Almaniyası üzərində davamlı qələbələrindən yararlanmaq məqamını yetişdiyi qənaətinə gəlmişdi. Tarixin bu mərhələsində “erməni məsələsi”ni alovlandırmaq üçün 1944-cü ilin iyununda Ermənistan KP MK-nın birinci katibi Q. Artyunov tanınmış sovet tarixçisi, Rusiya- Türkiyə münasibətləri sahəsində böyük nüfuza sahib olan akademik Yevgeni Tarleni irəvana dəvət etmiş və Şərqi Anadoluya sovet Ermənistanı ilə birləşməsi məsələsini müzakirə etmişdi. Lakin bu müzakirə erməniliyin  gözlədiyi nəticə verməmiş,mərkəz heç bir qərar qəbul etməmişdi.

            Qeyd etmək lazımdır ki, son üç əsrdə tarixin elə dönəmləri olmuşdur ki, Rusiyanın apardığı xarici siyasətin prioritetləri “erməni məsələsi”nin məqsədləri ilə düz mütanasiblik təşkil etmişdir. Bu məqamlar özünü xüsusilə iki dəfə qabartmışdı. Belə ki, XVIII əsrin əvvələrində Romanovlar Rusiyasının  Qafqaz siyasətinin konturları və İkinci dünya müharibəsinin sonlarında SSRİ-nin Şərq siyasətinin konturları “ermıni məsələsi”nin istiqamətlərində üst üstə düşmüşdü. Hitler Almaniyası ilə müharibədə qələbəyə çox yaxın olan  SSRİ höküməti Romanovlar Rusiyasının Birinci dünya müharibəsi ərəfəsindəolan  cənub sərhədlərini bərpa etmək məqsədilə qarşıya qoyaraq, Türkiyədən Qars və Ərdahan vilayətlərini istəmişdi. Bu siyasət “erməni məsələsi” məqsədi ilə - Şərqi Anadoluya olan iddia ilə üst üstə düşmüş, eyni zaman da dünyaya səpələnmiş erməniləri Ermənistan SSR-ə  toplamaq məsələsini aktual etmiş və bu baxımdan ermənilərin yararlana biləcəyi münbit siyasi şərait yaranmışdı.

            İkinci Dünya müharibəsinin sonunda Türkiyə ilə qarşıdurma  siyasətinə keçən SSRİ rəhbərliyi diplomatiyanın incəliklərini nəzərə alaraq, erməni qriqorian kilsəsi amilini diqqətə almışdı. İ. Stalin 1945-ci il aprelin 19-da Moskvada erməni-qriqorian kilsəsinin arxiyepiskopu Gevorg Çorekçyanı qəbul edərkən, dünyaya səpələnmiş ermənilərin SSRİ-nin Türkiyədən almaq istədiyitorpaqlarda məskunlaşmalarına erməni qriqorian kilsəsinin köməklik göstərəcəyini ümid etdiyini bildirmişdi.  G. Çörekçyan  Üçkilsə kilsəsinin diaspor əlaqələrinin genişləndirilməsi, bankda kiləsinin valyuta hesabının açılması, bağlanmış kilsə və monastrırların fəaliyyətinin bərpa edilməsi xahişini etmişdi. Türkiyəyə qarşı SSRİ-nin apardığı siyasətdə erməni amilindən istifadə etməyin zamanının yetişdiyini diqqətə alan İ. Stalin G.Çorekçyanın xahişini qəbul etmişdi.

            Bu dövrdə  SSRİ rəhbərliyi erməni amilinə xüsusi diqqət yetirmiş, Ermənistan SSR-in diplomatik nümayəndəlikləri İran, Suriya və Livanda açılmağa başlamışdı. Yaranmış vəziyyətdən istifadə etməyi qərara alan ermənilik Potsdam konfransı ərəfəsində  Azərbaycan torpaqlarına olan əsassız iddiaların gerçəkləşməsi üçün hətəkətə keçir.

Potsdam konfransında SSRİ Türkiyədən ərazi əldə edə bilmir. “Erməni məsələsi”ni canlandırmağa çalışan erməniliyin Türkiyəyə qarşı məkrli planları pozulsa da, baş verən prosesləri səngitməmək üçün nəzəri-diqqəti Azərbaycan torpaqlarına yönəldir.  Antiazərbaycan kampaniyasının önünüdə gedən Ermənistan KP MK-nın birinci katibi  Q. Artyunov 1945-ci il oktyabrın 27-də yenidən İ. Stalinin qəbulundə olur.  Görüş zamanı Potsdam konfransının nəticələrinə diqqət çəkən İ. Stalin bildirir ki, Sovet İttifaqı Türkiyəyə olan ərazi iddialarından imtina etmədiyindən “erməni məsələsi”də gündəmdə qalır. Öz növbəsində erməniliyin mövqeyini İ. Stalinin diqqətinə çatdıran Q.Artyunov  300 mindən çox erməninin Ermənistan SSR-ə can atdığını deyir və Dağlıq Qarabaq və Naxçıvan məsələlərinin ermənilərin xeyrinə həll olunması xahişini  edir.

Ermənilər bölgədə baş verən demoqrafik dəyişikliklərdən qarşıya məqsəd qoymuşdular. Onlar XX əsrin əvvələrində tarixi Azərbaycan torpağında – İrəvan kənanında dövlətlərini qurmaqla kifayətlənməmiş,  Azərbaycana qarşı iddilarını davam etdirərək, “Dağlıq Qarabağ” problemini vətən tarixinə gətirmişlər.  Lakin tarixi reallıq onu göstərir ki, Qarabağ bir anlayış kimi heç bir zaman axarında “dağlıq” və “düzənlik” məfhumlarına bölünməmişdir.

Lakin erməni əfsanələrinin məngənəsindən qurtulmayan erməni kommunistlər və ilk növbədə    Q. Artyunov  İ. Stalinlə görüşdən sonra  ÜİK P MK qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin- Dağlıq Qarabağ  Muxtar vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında məsələ qaldırır. O, ÜİK P MK katibi  K. M. Malenkova müraciət edərək, heç bir elmi, tarixi əsası olmadan , bildirir ki, guya Qarabağ sosial,iqtisadi, cəhətdən daha çox Azərbaycan SSR-lə deyil, Ermənistan SSR-lə bağlıdır. ÜİK P M katibi Malenkov dərhal Azərbaycan MK-nın birinci Katibi Mircəfə Bağırova müraciət ünvanlayaraq onun rəyini bilmək istəyir.

M. Bağırov öz növbəsində K. M. Malenkova 10 dekabr 1945-ci il tarixli cavab məktubunda  Ermənistan SSR rəhbərliyinin Dağlıq Qarabağla bağlı irəli sürdüyü iddiaların heç bir elmi, tarixi  əsası olmadığını göstərir və Dağlıq Qarabağın Azərbaycan tarixi torpağı olduğunun əsaslı dəlillərlə və sübut i edir.   Məktubda M. Bağırov bildirir ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşa istisna olmaqla, Dağlıq Qarabağ vilayəti o halda Ermənistan SSR-ə verilə bilər ki, Azərbaycan SSR və Ermənistan SSR-lə həmsərhəd və əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edən Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonları bütövlüklə  Azərbaycan SSR-ə geri qaytarılsın.  Bu təklifə nə mərkəzi hakimiyyət, nə də Ermənistan SSR rəhbərliyi razı oldu, çünki bu halda tarixi Azərbaycan torpaqları hesabına yaradılmış uydurulma “erməni dövləti” mexaniki olaraq ləğv edilərdi.

M. Bağırov ölkənin ərazi bütövlüyü ilə bağlı qəti mövqeyini dayandırmadı. “Erməni məsələsi”ni səngitməmək üçün Ermənistan SSR rəhbərliyi bu istiqamətdə fəaliyyətini davam etdirirdi.  Bu dövrdə “erməni məsələsi”nə pozitiv münasibət göstərən SSRİ rəhbərliyi xarici ölkələrdən ermənilərin Ermənistan SSR-ə gətirilməsi barədə qərar verir və bu layihə əsasında 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin və XKS-nin işlər müdiri M. Smirtyakov 4 bənddən ibarət 2947 saylı “Xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsinin praktiki tədbirləri  haqqında qərar qəbul edir. 1946-cı il fevralın 22-də ÜK RM K Siyasi Bürosunda  təsdiq edildi.  Onu da göstərmək lazımdır ki, bu fərman verilməmişdən öncə ABŞ-dakı erməni lobbisi hərəkətə keçir və 1946-cı il may ayının əvvəllərində “Amerikanın erməni milli şurası”nın Filadelfiya bölməsinin sədri Şaxinyan bildirir ki, “Filadelfiyanın 10 minlik erməni koloniyası Şərqi Anadolu torpaqlarının Ermənistana birləşdirilməsi proqramını yekdilliklə müdafiə edir.

Yaranmış vəziyyətdən “Ermənilərə ədalətli münasibət uğrunda Amerikanın mübarizə komitəsi” və “Amerikanın erməni millu şurası”təkcə müraciətlərlə kifayətlənmirlər. Bu adı çəkilən təşkilatlar ABŞ ictimaiyyətinin diqqətini “erməni məsələsi”nə cəlb etmək məqsədi ilə 1946-cı il aprelin 28-də Nyu York şəhərində mitinqtəşkil edir

ABŞ-ın erməni lobbisi bu məsələdə özünün “birliyi”ni nümayiş etdirir və 1946-cı ilin may ayında ABŞ-ın 16 erməni təşkilatı BMT-nın Baş katibi Trüqve Liyə müraciət edərək, “erməni məsələsi”nin  Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını diqqətə çatdırırlar.  Bu sırada ABŞ-ın siyasi dairələrinin bir sıra nümayəndələri erməni lobbisinin tələblərini dəstəkləyirlər.

Ermənistan lobbisinin irəli sürdüyü  tələblərlə paralel olaraq, dünyaya səpələnmiş ermənilər 1945-ci il noyabrın 21dəSSR XKS-in “Xarici ölkələrdə  yaşayan ermənilərin  sovet Ermənistanına köcürülməsinin praktik tədbirləri” haqqında qəbuıl etdiyi qərara əsaslanaraq 19460-cı ilin yaz ayından başlayaraq  Ermənistan SSR-ə üz tuturlar. Bu prosesi sürətləndirmək üçün Ermənistan rəhbərliyi xüsusi canfəşanlıq göstərir.

Erməniliyin göstərdiyi səylər öz nəticəsini verir. Dünyanın müxtəlif nöqtələrindən Ermənistan SSR-ə üz tutan erməni karvanları yola düşür. Belə ki, 1946-cı il iyunun 27-də Dəməşq və Beyrutdan 1.806 erməni “Transilvanya” gəmisi ilə Batum limanına gəlir. Daha sonra isə 1946-cı il iyulun 28-də Bolqarıstandan 789 erməni  Ermənistan SSR-ə gəlir. Onlardan 255 nəfər İrəvanda, 324 nəfər Leninakanda, 178 nəfər Böyük Qarakilsə, 32 nəfər Sərdarabadda məskunlaşırlar.

Bu zaman erməni lobbisi Avropa ölkələrində öz fəallığıilə seçilirdi. “Ermənistan cəbhəsi” təşkilatı 1946-cı il iyulun 19-da Rumıniyanın paytaxtı Buxarestdı 1.100 erməniyə SSRİ-yə girişüçün icazə diplomları verilməsi zamanı xeyli canfəşanlıq göstərir.  Rumıniyadan 1.742 nəfərdən ibarət ilk erməni karvanı 1946-cıillərin əvvələrində Ermənistan SSR-ə çatmışdı.  1946-cı il sentyabrın 19-da Ermənisran SSR-ə getmək üçün “Vyaçeslav Molotov” gəmisində 2.427 erməni Suriya və Livandan Batuma gəlmişdi.

Fariz Vəliyev

Politoloq

XƏBƏR LENTİ