Ayşə Sevgi Ayxan qızı Hacaloğlu

Ayşə Sevgi Ayxan qızı Hacaloğlu 2000-ci il 2 may tarixində Bakı şəhərində anadan olub. Orta
təhsilini Bakı şəhəri Elşad Həmidov adına 267 saylı məktəb-liseyində tamamlamış, daha sonra
isə Azərbaycan Milli Aviasiya Akademiyası Nəqliyyatda Daşınmaların Təşkili və İdarə
Olunması ixtisasını fərqlənmə ilə bitirmişdir.

2022-ci ildə Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı tərəfindən Türkiyə Bursları
qazanaraq Türkiyədə tam təqaüdlü təhsil alma imkanı almışdır. Hal-hazırda Eskişehir Osmangazi
Universiteti Biznesin İdarəolunması ixtisası üzrə magistr təhsilini davam etdirir.

Tələbəlik illəri boyunca fərqli gənclər təşkilatlarında, eləcə də həm beynəlxalq, həm də yerli
layihələrin təşkilində aktiv rol almışdır. Bakı Şəhər Halqası, Formula 1, AFFA, AVRO-2020,
UEFA Çempionlar Liqası və s. beynəlxalq tədbirlərdə könüllü kimi fəaliyyət göstərmişdir.

2016-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İdmanımızın
Gələcəyi” beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin ildə Azərbaycan Milli Karate
Komandasının üzvü olmuşdur.

2019-cu ildə Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalında Milli Olimpiya
Komitəsi asistenti və Serbiya Gənc Olimpiya Komitəsinin koordinatoru vəzifələrini icra
etmişdir.

2020-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil
olunan Heydər Əliyev Siyasət Məktəbinin Gənc Lideri olaraq seçilmişdir.

2021-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Beynəlxalq Əlaqələr və
Layihələr katibliyinin könüllüsü, daha sonra isə asistenti kimi fəaliyyət göstərmişdir.

2022-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Könüllülər üzrə
Koordinator vəzifəsini icra etmişdir. Bu müddət ərzində fərqli Erasmus, Avropa Şurası, Avropa
İttifaqı, BMT və s. beynəlxalq tədbir və təşkilatlarda iştirak etmişdir.

2022-2023 illəri arasında Türksoy və Genç İDSB tərəfindən təşkil olunmuş “Türk Dünyası Genç
Kültür Elçileri” proqramı çərçivəsində Türk Dünyası Azərbaycanın Gənc Mədəniyyət Səfiri
vəzifəsini icra etmiş, Türkiyənin Bursa şəhərində Türk Dünyası Gənclərinin Çalıştayı, daha

sonra isə Özbəkistanın Səmərqənd şəhərində Türk Dünyası Gənclərinin Zirvə görüşlərində
Azərbaycanı təmsil etmişdir.

2023-cü ildə Türkiyənin İstanbul şəhərində Baykar Texnologiya şirkətində Yay Staj proqramı
qazanaraq, Logistika, Baxım və Koordinasiya Mühəndisi olaraq proqramı uğurla yerinə
yetirmişdir.

2023-cü il iyul-oktyabr aylarında Avropa Tələbələr Forumu (AEGEE-European Youth Forum)
subcomissioner vəzifəsini icra etmiş, daha sonra isə 2023-cü il oktyabr ayından etibarən Network
Comissioner seçilmişdir. Hal-hazırda vəzifəsini davam etdirir.

2023-cü il noyabr ayında İslam İşbirliyi Gənclər Forumunun Eskişehir Osmangazi Universiteti
üzrə səlahiyyətli nümayəndəsi olaraq seçilmişdir.

2024-cü ildən etibarən Müsdav Genç – Müsəlman İcmaları ilə Həmrəylik Beynəlxalq Fondu
(Uluslararası Müslüman Topluluklarla Dayanışma Vakfı) qurumunda Beynəlxalq Əlaqələr
Koordinatoru köməkçisi vəzifəsini icra edir.

BMT Simulyasiya Konfranslarının iştirakı və təşkilində aktiv rol almaqdadır. 2023-cü il may
ayında AzMUN, Gənclər və İdman Nazirliyi, BMT Azərbaycan nümayəndəliyi və ATGTİ
proqramı çərçəvəsində təşkil olunan AzMUN Milli Simulyasiya Konfransının “Ən yaxşı
jurnalist” mükafatına layiq görülmüşdür.

XƏBƏR LENTİ