Ermənistanda 1988-ci il Spitak Zəlzələsi: Naməlum faktlar

 

Bu gün dekabr ayının 7-də Ermənistanda baş vermiş qorxunc zəlzələdən 36 il keçir. O zaman Spitak,Leninakan (Gümrü), Kirovakan (Vanadzor), Stepanavan və başqa yaşayış məntəqələrində  25 mindən çox  insan həlak olmuş və yarım milyondan artıq insan evsiz qalmışdı.

Azərbaycan xalqı o zaman , 1988-ci ilin dekabrında, Ermənistandan azərbaycanlıların tam qovulmasına baxmayaraq, zəlzələnin nəticələrinin aradan qaldırılmasında hərtəfəli kömək göstərmişdi. Axı Ermənistanda baş verdiyi tarixin doğurdan da sakral və ya bəzilərinin iddia etdiyi kimi, mistik mənası var.  Məhz 1988-ci ilin dekabrında Ermənistan SSR-də daşnakların və xaricdən gəlmiş “uzunsaqqallıların”  müxtəlif növ terrorçularının , yaraqlıların və cinayətkarların təşəbbüsü ilə  azərbaycanlı əhalinin qovulması prosesinin başa çatması geniş şəkildə qeyd edilirdi.

1987-1988-ci illər ərzində Ermənistandan güclə, avtomatlar altında təxminən 200 min azərbaycanlı , 18 min müsəlman kürd, minlərlə rus qovuldu.  255 azərbaycanlı qətlə yetirildi.      2 nəfərin başı kəsilmiş, 11 insan diri-diri yandırılmış, 3 nəfər tikə-tikə edilmiş,  23 nəfər maşınla əzilmiş, 41 nəfər ölənə qədər döyülmüş, 19 nəfər dağlarda donmuş, 8 nəfər itkin düşmüş. Həmçinin 57 qadın, 23 uşaq amansızlıqla öldürülmüş, onların cəsədləri diri-diri salındıqları soba borularında aşkar edilmişdi.

Lakin azərbaycanlıların qovulması ilə bağlı  “şənlənmə” Ermənistanda dağıdıcı zəlzələ ilə nəticələndi. Bu günə qədər dindar ermənilər bu zəlzələni “türklərin sürgün edilməsinə  görə”  Allahın cəzası adlandırdılar.

Sağ qalanlardan biri, Ermənistandan azərbaycanlıların qovulmasının, habelə dəhşətli zəlzələnin şahidi olmuş Sənubər Sarallı gördükləri barədə təfərrüatı ilə özünün “Oğurlanmış Tarix,Soyqırım”  kitabında yazmışdır.

Sənubər Sarallı zəlzələdən öncəki hadisələri belə təsvir edir: 7 dekabr. Səhərdir. Saat 10-da  Spitak (Xamalı) rayonuna tərəf hərəkət dayandırılmışdır. Saat 11:30-da minlərlə ekstremist əhval-ruhiyyəli  tələbələr Kursalı, Sarallı kəndlərinə hücum etməyi planlaşdırırdı. Artıq ilk güllə səsləri eşidildi, evlər yanırdı, amma dəhşətli təbiat hadisəsi ekstremistləri qabaqladı.  Sanki bu cinayətə görə cəza kimi 10 ballıq zəlzələ baş verdi. Təbiət hadisəsi planlaşdırılmış vandalizm aksiyasını həyata keçirməyə imkan vermədi. Zəlzələ zamanı kəndlərə hücum etmiş ermənilərdən başqa , öz əcdadlarının torpaqlarını müdafiə edən   azərbaycanlılar və rus hərbi qulluqçuları da həlak oldu,  amma ermənilər bu faktı dünya ictimaiyyətindən gizlətdilər.

1988-ci il dekabrın 10-da ermənilər “Ermənistanın türklərdən azad olması münasibətilə  bayram edirdilər” deyə Sarallı yazır.

“İndiyə gədər qorxmadan məni zəlzələdən sonra gizlədəm bir qoca erməni qadının sözləri yadımdan çıxmır: Allah bizi oan görə cəzalandırdı ki, biz buradan türkləri qovduq”. “Biz Ermənistan ərazisində azərbaycanlıların kütləvi qətli, zorakılıq və vandalizm hadisələri barədə məlumat verməyə çalışırdıq. Belə faktlar saysız-hesabsızdır”.

Xamalı rayonunda az yaşlı uşaqlar boruda diri-diri basdırılmışdı. Zəlzələdən sonra fransız xilasediciləri onları aşkar etdikdən sonra dərhal Ermənistanı tərk etdilər. Maraqlıdır ki, SSRİ Baş Prokurorluğu bu vəhşilikdən xəbərdar idi. Noyemberyan rayon müəllimi, keçmiş sakin Şərif Mansurovun diri diri basdırılmış  30 uşaq haqqında verdiyi suala  SSRİ Baş Prokurorunun  müavini  V.İ. Andreyev dəqiqləşdirərək: “30 yox , 23 uşaq diri-diri basdırılmışdı.”-deyə, cavab vermişdi. Verilən bu cavab sanki, qeyri-insani qəddarlığının məhiyyətini dəyişdirir.

            Bu  “şənlikləri” təşkil edən daşnaklar və uzunsaqqallılar “türklərin sürgün edilməsini”  yeni qanlı aksiyalarla  qeyd etmək qərarına gəldilər.

            Belə ki, dekbar ayının 11-də Gümrü (Leninakan)  ərazisində Azərbaycan aviasiyasının İL-76 hərbi nəqliyyat təyyyarəsi  50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, erməni və yahudidən ibarət heyəti ilə vuruldu. Onlar zəlzələdən zərər çəkmiş ermənilərə yardım etməyə uçurdular. Bu hadisədə bir nəfərdən başqa hərkəs həlak oldu.  Yalnız Fəxrəddin Balayev sağ qaldı ki, o da təyyarənin içində yük maşının kabinəsində idi. Təyyarənin tüstülnən qalıqları ətrafında xeyli erməni millətçiləri toplaşmışdı və yalnız qəza yerini kənardan mühasirəyə almış Sovet Ordusu bölmələri  sayəsində  Fəxrəddini onurğası sınmış yeganə  sağ qalan sərnişini xilas etmək mümkün oldu.

            Ertəsi gün, dekabr ayının 12-nə keçən gecə Yuqoslaviyadan Ermənistanda zəlzələdən zərər çəkmişlərə yardım gətirən  AH-12 hərbi-nəqliyyat təyyarəsi Yerevana yaxınlaşarkən qəzaya uğradı. 7 nəfərdən ibarət olan heyət həlak oldu.  Təyyarə Bolqarıstan-Türkiyə-SRRİ  beynəlxalq marşrutu üzərə uçurdu. Yuqoslaviyanın AH-12 təyyarəsi Türkiyə ərazisindən keçərək tranzit yolla gəldiyinə görə  erməni millətçiləri onu Yerevana yaxınlaşanda səhvən Türkiyə təyyarəsi hesab edib vurmuşdular. Hava limanı ərazisində meteroloji hava şəraiti  normal idi. Təyyarə ilə Dispetçer əlaqəsi inglis dilində saxlanılırdı. Lakin təyyarə Yerevan aeroportuna enməyə hazırlaşarkən onunla əlaqə gözlənilmədən kəsildi.  Təyyarə Zvarnos aeroportuna 12 kilometrliyində yerə düşdü.

            Faktiki olaraq, bütün dünya zərər çəkmiş  Ermənistana kömək etməyə çalışarkən “humanitar yardım” bəhanəsi ilə daxil olmuş daşnak və beynəlxalq teror qruplaşmaları millətlərarası münaqişəni alışdırmaq üçün əllərində gələni edirdilər.

            Deyilənlərə yekun vuraraq, qoca erməni qadınının “Allah bizi ona görə cəzalandırdı ki, biz buradan türkləri qovduq” sözlərini yada salmaq istəyirəm. Həqiqətən də, həmişəki kimi , erməni millətçiləri azğın əməllərinin əvəzini yenə də erməni xalqı ödəməli olur.

Fariz Vəliyev

Politoloq

XƏBƏR LENTİ