“Azərbaycanlı əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilməyib” (1918-1920)

    Ermənilərin 1918-1920-ci illərdə azərbayycanlılara qarşı həyata keçirdikləri soyqırımı və azərbaycanlıların yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi barədə o dövrün arxiv sənədlərində kifayət qədər materiallar öz əksini tapmışdır. Hazırda erməni tədqiqatçıları ya bu məsələnin üstündən sükütla keçir, ya da Azərbaycan tədqiqatçılarının yazılarına cavab olaraq bildirirlər ki, guya İrəvan quberniyasında azərbaycanlı əhaliyyə qarşı heç bir soyqırım həyata keçirilməyib. 
    Bəs faktlar nə deyir? Araşdırmalar göstərir ki, öncə erməni siyasi partiyaları və onların silahli dəstələri, daha sonra isə qərbi Azərbaycan torpaqlarıda qurulan müstəqil Erməni dövləti tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz cinayətkar əməllərini həyata keçirmişlər.
    1917-ci ilin noyabrında Rusiyada hakimiyyət dəyişikliyindən sonra Şərqi Anadoludan və Qafqa cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı soyqırımları həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri qırğınlar 1918-ci ilin əvvəlində başlamışdı.
    Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə 18 mart 1918-ci ildə Qafqaz cəbhəsindəki erməni dəstələrin ormalaşması üçün 20-yə gədər inglis zabiti fəal surətdə məşğul olur.
    İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmişdi. Aparılan tədqiqatlar göstərir ki, həmin dövrdə ermənilər türk qoşunları qarşılaşmaqdan qorxaraq yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdular. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzrəində yerləşən  500-dən çox türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdu. Zəngəzuru ələ keçirməklə  Andranik Türkiyənin türk dünyası iə əlaqəsini kəsmək üçün  Qərb dövlətlərinin niyyətlərini reallaşdırmışdı. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirmişdi, Naxçıvan Azərbaycandan ayrı salmışdı.
    Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetilmişdi. Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, Vartanlı kəndində isə 13 yaşından yuxarı  411 kişini tövləyə dolduraraq yandırmışdılar. 
    Türkiyə arxivlərində saxlanılan sənədlərdə qeyd edilir ki, 1918-ci ilin aprelin 29-da Gümrüdən 500 araba ilə Axılkəyə getməkdə olan 3000 qədər qadın, qoca, uşaq və kişi öldürülmüşdür. 
    Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməkdə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. M. M. Mirbabayev yazırdı ki, İran tərəfi inglislər və ermənilərlə əlaqəyə girərək , şirnikləndirici vədlər verərəknaxçıvanlıları İrana köçməyə təşviq edir ki, NAxçıvan zəifləsin və ermənilər Naxçıvan ərazisinə soxulmaq imkanı qazansınlar.
    Ermənistan ordusunun 1919-cu ilin iyulunda Vedibasara etdiyi növbəti hücumundan sonra Abbasqulu bəy Şadlinski başçılıq etdiyi özünümüdafiə dəstələri döyüşə-döyüşə  İran sərhədinə çəkilmişdi və sağ qalan əhali də onların müşaiyəti ilə İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ keçirmişdilər. 
    Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistan hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına doğru irəliləyib. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdi.
    Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli “Birləşmiş Ermənistan”ın yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. Zəngəzurda etnik təmizləmə həyata keçirildikdən sonra həmin kəndlərin əksəriyyətində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı. Ümumiyyətlə, 1918-1920-ci illərdə Andranik Ozanyanın və Qaregin Njdehin komandanlıqları altında erməni quldur dəstələri təkcə Zəngəzurda 166 müsəlman kəndini işğal etmiş və əhalisini soyqırıma məruz qoymuşdu.
    1918-1920- ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevrilmişdi. 


 

Fariz Vəliyev

Politoloq

XƏBƏR LENTİ