Ermənistan SSR-də yaşayan azərbaycanlıların deportasiyası

            XX əsrin 80-ci illərində Ermənistan SSR-də yaşayan azərbaycanlıların deportasiyası.

            Azərbaycan xalqının erməni milliyıtçiliyinə qarşı inadlı mübarizəsi, ölkənin bir çox şəhər və rayonlarında etiraz mitinqləri DQMV-ni ələ keçirmək istəyən, Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddialarla çıxış erməni seperatçılarının planlarını pozdu.

            Belə ki, Qarabağ torpaqlarını ələ keçirə bilməyən erməni millətçiləri İrəvan məkanında etnik təmizləmə siyasətini açıq şəkildə aparmaq xəttini görürdü. 1988-ci ilin payızında İrəvanda başlanan  mitinqlər erməni millətçi hərəkatının növbəti mərhələsinə keçir və azərbaycanlıların tarixi torpaqlarından- İrəvan məkanından çıxarılmasını məqsəd olaraq görür. Bu mərhələdə də “Qarabağ” təşkilatı özünün  radikallığı ilə seçilirdi. Ermənistanın EA-nın müxbir üzvü, “Qarabağ”hərəkatının liderlərindən olan Rafael Kazaryan mitinqçilər qarşısında çıxış edərkən azərbaycanlıları etnik təmizləməyə məruz qoymağa çağırmışdı.  Bunun nəticəsi olaraq, hələ 1988-ci il noyabrın ortalarında 80 min azərbaycanlı Ermənistan SSR-i tərk edərək, Azərbaycan SSR-ə üz tutmuşdu.

Ermənistan SSR rəhbərliyi qayda qanunu bərpa etmək adı altında rayon rəhbərlərini və deputatları rayonlara göndərmişti. Rayon rəhbərlərinə tapşırıq verilmişdir ki , bir həftə ərzində yəni noyabrın 28-dək Ermənistan SSR-i azərbaycanlılardan təmizləmək aksiyası başa çatdırılsın.  Baş verən bu proseslərdə “Qarabağ” komitəsi yenə də dominantlıq edir, deportasiyanı sürətləndirmək üçün elektrik xəttlərini kəsdirir, müxtəlif təyziq vasitələri ilə ərzaq verilməsini dayandırır, təşkil etdikləri “özünümüdafiə dəstələri”dağ yolları ilə ilə rayonları tərk edən azərbaycanlıların köçünü tez-tez atəşə tuturdular.

1988-ci ilin noyabrın 22-dən-28dək davam edən deportasiya nəticəsində  azərbaycanlıların yaşadığı  22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, sonuncu azərbaycan kəndi- Ermənistan SSR-in Mehri rayonunun Nüvədi kəndi 1991-ci il avqustun 8-də boşaldılmışdı. Nəticədə 200 mindən artıq Azərbaycan türkü, 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycan SSR-ə qovulmuşdular. Deportasiya zamanı erməni millətçiləri azərbaycanlılara qarşı zorakılıq tətbiq etmiş həmin vaxt Quqark rayonunun Vartanlı kəndinin 14 nəfər sakin vəhşicəsinə qətlə yetirilmişdir. Ümumiyyətlə, azərbaycanlılara qarşı törədilmiş bu zorakılıq aktları nəticəsində  1988-ci ilin sonlarında Ermənistan SSR-dən  Azərbaycan SSR-ə qovulan azərbaycanlılardan 216 nəfəri vəhşicə qətlə yetirilmişdir. Qətlə yetirilənlər sırasında  52 nəfər aldğı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş , 20 nəfəri odlu silahla qətlə yetirilmiş, 15 nəfər  diri-diri yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infakt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, 1 nəfər asılmış, 2 nəfər avtomobil partladılması nəticəsində ölmüş, 1 nəfər elektrik cərəyanı ilə, 1 nəfər suda boğulub öldürülmüş, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşərək həlak olublar.

SSRİ dağıldıqdan sonra da Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürməyə davam etmiş və bununla da erməniliyin orta əsrlərdən etibarən uydurduğu  “erməni məsələsi”nin həllinə çalışmışlar. Nəticədə, 1988-ci ilin sonlarında Ermənistan SSR-də etnik təmizləmə siyasəti aparan erməni millətçiləri 1991-ci il dekabrın sonlarından etibarən hərbi qarşıdurmaya keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi müdaxilə etmişdilər.  

Fariz  Vəliyev

Politoloq 

XƏBƏR LENTİ