Erməni jurnalistinin araşdırması

 

1988-ci il fevral ayının 26-sı idi. Sumqayıt hadisələrinə 2 gün qalırdı. “Vaaqni kolxozunun o vaxtkı sədri Setpan Ayvazyan belə xatırlayır: “Həm azərbaycanlılar, həm də ermənilər arasında qorxu atmosferi hökm sürürdü. Kənd erməniləri azərbaycanlıların içməli suyu zəhərləyəcəklərindən çox qorxurdular”. Sumqayıt hadisələrindən sonra ilk növbədə “Quqark” rayonunda strateji obyektlərdə çalışan azərbaycanlı gözətçiləri işdən çıxarmağa başladılar. Kirovakanın o dövrdəki prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində səndlərində deyilir ki, 1988-ci ilin mart ayında noyabr ayınadək Quqark rayonu ümumilikdə 624 azərbaycanlı işdən çıxarılmışdı.  “Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakunts qeyd edirdi ki, o zaman komitə üzvləri gecə və gündüz  şəhərdə hər hansı tərəfdən fitnə-fəsadın qarşısının alınmasına nəzarət edirdilər.

            Amma vəziyyətə nəzarət etmək heç də həmişə mümkün olmurdu. Sakunts deyirdi : “gecə avtomobillərdə çıxan azərbaycanlıları Ardjut kəndindən çıxararkən, elə olurdu ki, ermənilər avtomobilə hücum edirdilər”.

            10.07.1989-cu il tarixli “Kirovakanda millətlərarası cinnayətlər”adlı sənəddə 1988-ci ilin mart ayından başlayaraq , azərbaycanlıların evlərinə 42 hücum hadisəsi, eləcədə döyülmə və soyğunçuluq halları qeydə alınmışdı.Azərbaycanlılar təkcə evlərində deyil həm də iş yerlərində narahat idilər: həmkarları tərəfindən döyülmə, səbəbini izah etmədən işdən çıxarılma hallarıda qeydə alınmışdı. Azərbaycanlıları bazarda tapmaq olardı, çün ki  satıcıların əksəriyyətini onlar təşkil edirdi: satıcı azərbaycanlıların döyülməsi, əllərindən mallarının alınması halları qeydə alınmışdı.

            Şəhərin keçmiş prokuroru Qriqori Şahverdyan deyir : Məndə Vandazorda yaşamış, azərbaycanlıların ünvanları vardı. Mən onların hamısına dedim ki, problemlər yarandıqda , bizimlə əlaqə saxlasınlar. Günlərin birində Quliyevlər ailəsi zəng edib  bildirdi ki, naməlum adamlar onun qapısını sındırmaq istəyirlər. Mən tək başıma həmin evə getdim, gördüm ki, qapını balta ilə qırırlar, qarşısını ala bildim”.  Q Şahverdyan indi təəcüblənir ki, o  zaman belə hadisələrə reaksiya verməkdən qorxmurdu . Onun sözlərinə görə Kirovakandan o zaman 7 qətl hadisəsi qeydə alınmışdı.

            Sabiq prokuror etiraf edir ki, prokurorluq çətin vəziyyətə düşmüşdü . “Hamıda tüfəng vardı. Təkcə millətlər arası deyil, bütövlükdə zorakılıq hallarının sayı artmışdı.  Başqa bir hadisə Şaumyan kəndində baş vermişdi.  Mənə bildirdilər ki, sakinlər bir azərbaycanlını təpikləyib qayadan atmaq istəyirlər. Həmin yerə gedib çatdıqdan sonra həmin adamı müdafiə etdik. Bir tərəfdən mənim yanımda milis, digər tərəfdən isə milli təhlükəsizlik nümayəndəsi  vardı. Adamlar bu tərəfə keçib bizə hücum etdilər. Sonradan mənə dedilər ki, mən huşumu itirmişəm və məni oradan çıxarmışdılar”. Qriqori Şahverdyanın arxivindən bir hissə : “Noyabrın 28-də saat 23:00 radələrində Kirovakan şəhər sakinləri Martun Poxradyan və Qarnik Tonoyan Gülis və Çeçnar Valiyevalara bədən xəsarətləri yetirərək mənzili boşaldıb ermənilərə verməyi tələb edirdilər. Onlar həbs edildi, cinayət işinə məhkəmədə baxılır”

           

 

26-28 noyabr hadisələri ilə bağlı Quqarkdakı yüksək gərginlik Azərbaycanın Kirovabad (Gəncə) şəhərində baş vermiş hadisələrdən sonra özünün pik nöqtəsinə çatdı. Əsas hadisələr Şaumyan kəndində baş vermişdi. Əldə olunan rəsmi məlumata görə 11 azərbaycanlı öldürüldü. Bu hadisə təkcə Ermənistanda deyil , onun hüdudlarından kənarda da böyük rezonans doğurdu: günahkarları üzə çıxarmaq üçün Moskvadan 100-dən çox adamdan ibarət olan istintaq qrupu gəldi. Bir çox sanksiya tətbiq edildi. Quqark partiya komitəsinin birinci katibi Lavrenti Baqdasaryan  və icraiyyə komitəsinin sədri Samvel Qazaryan,həmçinin Şaumyan milisi işdən çıxarıldı.

            Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin faciəli hadisələr zəncirinin detonatorlarından biri 25 il əvvəl azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsi oldu. 1988-ci ildə Ermənistanda yerli azərbaycanlı əhalinin zorakılıq, qətl və soyğunlarla müşaiyət olunan total sürgün başlandı və bu may ayında öz zirvə nöqtəsini qoydu.

 

            Bu cinayətkar hərəkətlər bilavasitə partiya hakimiyyəti,  hüquq mühafizə orqanları və silahli “uzunsaqqallar” qruplaşmaları- erməni millətçiləri tərəfindən təşkil edilmiş,  nəticədə də 200.000-dən çox azərbaycanlı qovulmuşdu. Ermənistandan deportasiya zamanı yüzlərlə azərbaycanlı həlak oldu, rəsmən 214 qurbanın olduğu  müəyyən edilmişdir ki, onların da əhəmiyyətli hissəsi qadınlar, uşaqlar və  qocalar idi. Həmin bu insanlar xüsusi qəddarlıqla öldürülmüşdü.

            Bu faciəli hadisələrin bir hissəsini Ermənistanın Ararat rayonudakı Şirazlı kəndi azərbaycanlıların acı taleyinin nümunəsində təsvir etmək olar.

            Mayın 11-də yerli hakimiyyət və milis tərəfindən başçılıq edilən erməni millətçiləri Şirazlı kəndinin azərbaycanlı əhalisinə divan tutdular.  64 ev dağıdıldı, onlardan 8-i yandırıldı, habelə 330 azərbaycanlının ailəsinin əmlakı qarət edildi. Erməni vandalları kənddə sitayiş və zəvvarlıq yerini dağıtmış  və orada gözətçi 90 yaşlı ağsaqqal Seyid Aqbal ağanı amansızcasına döymüş və o,aldığı xəsarətlərdən dünyasını dəyişmişdi.  Şirazlıdan qovulan 880 azərbaycanlı sovet-türk sərhədinə qaçaraq sovet sərhədçilərindən yardım istədilər, ancaq o yardımı tapa bilməyib,sərhəd maneələrini qıraraq  neytral zonada məskən saldılar. İyunun 20-də onlara Ararat rayonunun daha beş azərbaycanlı kəndinin sakinləri də qoşuldular.

            Bir neçə həftə ərzində sovet-türk sərhədində neytral zolağa sığınmış azərbaycanlıları Ermənistan SSR ərazisindən Naxçıvana çıxarır, oradan da Azərbaycan SSR-ə gətirirdilər. 1988-ci il sentyabr ayının sonuna yaxın Ararat vadisində bir nəfər azərbaycanlı qalmadı. Ermənistan hakimiyyəti hay-küylə özünü “tüksüz-respublika” elan etdi,  bundan sonra – 1989-cu il ərzində bütün azərbaycanlı əhali qovuldu. Bundan sonra bütün Ermənistan boyunca, hər yerdə azərbaycanlıların dini, tarixi-memarlıq abidələrinin məhv edilməsi və  toponimlərin adının tamamilə dəyişdirilməsi prosesi başladı. Məsələn , hal-hazırda Şirazlı kəndində azərbaycanlıların mədəni-tarixi irsi tamamilə məhv edilmişdir. Kəndin mərkəzində azərbaycanlıların  iki qədim qəbristanlığı yerlə-yeksan edildi, türbə və zəvvarlıq yerləri dağıdıldı.

            Bu ərazidə ermənilərin gəlmə olduğunu sübut edən daha bir amil arxiv sənədləridir.  Belə ki, Böyük Vətən müharibəsi illərinin  materiallarını araşdırarkən Rusiyanın həlak olmuş və itkin düşmüşlər barədə materialların toplandığı “Memorial” e-bazasına nəzər salmaqla bunun əyani şahidi olmaq mümkündür.

           

Bu gün Azərbaycanda Ermənistandakı doğma yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlı yaşayır. Ancaq onların ağrısı və əzabları dünya ictimaiyyəti tərəfindən eşidilməmişdir. Söhbət Ermənistandan qovulan azərbaycanlı qaçqınların və Dağlıq Qarabağdan və ətraf yeddi Azərbaycan rayonundan olan məcburi köçkünlərin hüquqlarının müdafiəsindən getdikdə, dünya ictimaiyyəti kar və kor olur.

            Şübhəsiz ki, heç bir haqsızlıq cəzasız qalmır məhz bu səbəbdən bu gün erməni əhalisi kütləvi şəkildə Ermənistanı tərk edir. 1988-ci ilin dekabr ayında  Spitak zəlzələsindən sonra yaşlı bir erməni qadını Ermənistan haqqında belə demişdi: “biz buradan türkləri qovduğumuza görə  Allah bizi cəzalandırdı.

            Bu gün heç kimə sirr deyil ki, Ermənistanın – yad mədəniyyət və torpaq üzərində qurulan dövlətin vəziyyəti ağırdır. Görünür ki,erməni xalqının mənəvi müəllimləri və siyasi liderləri insanın əməllərinin nə vaxtsa ona qayıtdığını tamamilə unudublar.

XƏBƏR LENTİ